Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-22 14:21:00
Gənc bioloqlar istehsalat təcrübəsində

Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin IV kurs tələbələrinin 25 nəfərdən ibarət  heyəti AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçir. Tələbələrin fevral ayının 17-də başlayan təcrübəsi aprelin 19-na kimi davam edəcək.

 

AzEdu.az xəbər verir ki, tələbələr İnstitutun müxtəlif laboratoriyalarında aparılan elmi-tədqiqat işləri, müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olmaqla yanaşı, aparılan təcrübələrdə bilavasitə iştirak edir və dünya praktikasında tətbiq olunan metodları mənimsəyirlər.

 

İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti İradə Hüseynova hər il BDU tələbələrinin AMEA institutlarında istehsalat təcrübəsi keçməsinin elm və təhsilin inteqrasiyası üçün böyük əhəmiyyətini vurğulayaraq, tələbələrə təhsil və tədqiqat işlərində uğurlar arzulayıb (Azərbaycan Müəllimi)