Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-22 12:18:00
Hava proqnozu üzrə dünyanın ən müasir super kompyuteri

Birləşmiş Krallıq, 1,2 milyard funt-sterlinq sərmayə ilə tufanları, fövqəladə hava şərtlərini müəyyən etməsi və iqlim vəziyyətini daha məqsədəuyğun formada nəzarətdə saxlamağı təmin edəcək bir sistem qurur. Yeni sistemin rəhbərliyi isə, ölkənin meteorologiya ofisində olacaq.

AzEdu.az xəbər verir ki, bu meteorologiya qrupu; daha müasir yağış proqnozları verə biləcək, fırtınaları daha məqsədəuyğun formada nəzarətdə saxlaya biləcək. Bu sistem, potensial sellərin qarşısının alınmasında köməkçi olacaq.

Super kompyuterin yığdığı məlumatlar, yalnız fırtına və sel proqnozunda istifadə edilməyəcək. İqlim dəyişməsi mövzusunda aparılan araşdırmalarda toplanan məlumatlara da müraciət ediləcək. Bu güclü sistemin iqlim və hava proqnozu üçün istifadə edilən ən güclü sistem olması gözlənilir.