Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-22 10:27:00
Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirildi

 

21 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi münasibəti ilə keçirilən mərasimdəki nitqindən  irəli gələn vəzifələrin icrası ilə bağlı Nizami rayonu 312 nömrəli məktəbin tədbirlər planının 1.2 bəndinə , məktəbin fəaliyyət planının 1.3.9, 1.3.10  bəndinə müvafiq olaraq Azərbaycançılıq ideaları ,milli mənəvi dəyərləri təbliğ etmək Azərbaycan dili , Ədəbiyyatı,Tarixi Mədəniyyəti və İncəsənətinə məhəbbət hissini aşılamaq məqsədi ilə məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Cəbiyeva Elmiranın təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə valideynlər ,müəllimlər və media nümayəndələri iştirak etdi.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıldı bir-birini əvəzləyən möhtəşəm kompazisiyalar , bədii qiraət nümunələri ,səhnəciklər , rəqslərlə yadda qaldı.İstedadlı şagirdlərin Səməd Vurğunun “Vaqif“dramından, Cəlil Məmmədquluzadənın “Anamın kitabı” tragikomediyasından, Azərbaycan məqaləsindən ,Dədə

Qorqud Dastanından, İlyas Əfəndiyevin Xurşudbanı Natavan pyesindən hazırlanmış səhnələr insanın ürəyini titrədirdi.Xüsusi hazrlanmış “Varvarizimlərə son “ sosial çarxı ilə nitqimizdə ana dilimizdə qarşılığı olduğu halda yerli-yersiz əcnəbi sözlərin işlədilməsinin yol verilməz olduğunu bir daha vurğuladılar.

Cəbiyeva Elmira çıxışında bildirdi ki, bu gün Ana dilimizi sevə-sevə öyrədənlərin günüdür, biz həmişə dilimizin gözəlliklərini saflığını şagirdlərimizə çatdırıb onlara sevdiririk.Bu gün bizim tədris proqramında dilimizi tam şəkildə ifadə etmək  öyrətmək üçün geniş imkanlar var lakin biz yalnız proqramla kifayətlənmirik əli silahlı əsgər kimi, qanımızla canımızla dilimizi  təlim tərbiyə prosesinin hər anında sevdiririk.

Məktəbin direktoru Xatirə Hacıyeva öz çıxışında bildirdi ki, məktəbimizdə müxtəlif tarixi hadısələrin əlamətdar günlərin milli bayramların qeyd edilməsi ənənə şəklindədir hər il fəaliyyət planında şagirdlərin milli ruhda yetişməsi üçün bunlar nəzərəalınır . Ana dili günü ilə də bağlı silsilə tədbirlərimiz keçirilmişdir belə ki fevral ayında bütün təşkilat saatlarımız”Ana dilim milli qeyrət sinvolum””Ana dilimiz qürur mənbəyimizdir ” “Ana dilimiz  milli sərvətimizdir ” mövzularına həsr olunmuş dəyirmi masalar rəsm referat müsabiqələri keçirilmişdir.Bu bildirdi ki dilimizə qayğı ölkə prezidentinində daim diqqət mərkəzindədir.Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmalı, onu yad ünsürlərdən qorumalıyıq və unutmamalıyıq ki dilimiz varsa biz də varıq.