Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-21 11:52:00
Şəki Regional Elmi Mərkəzinin alimləri tut ipəkqurdu cinsləri və hibridlərin yaradıcısı kimi patent alıblar

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti 2019-cu ildə ölkə ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrinin siyahısını açıqlayıb. Siyahıya əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin alimləri “Yaqub” və “Çingiz” tut ipəkqurdu cinsləri və “Çingiz x Yaqub” və “Yaqub x Çingiz” hibridlərinin yaradıcısı kimi patent alıblar.

AzEdu.az xəbər verir ki, AMEA-dan bildirilib ki, sözügedən tədqiqat işləri “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na əsasən aparılıb.

Qeyd edək ki, ümumilikdə 2019-cu il ərzində qeydiyyata alınan 232 bitki sortu və hibridlərin müəlliflərinə patent və şəhadətnamələr verilib.