Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-21 10:10:00
Elm dünyasını silkələyən İDDİA: Kosmosun dərinliyində nəhəng osminoqlar var

İngilis astronavt Meri Qreydi bütün dünyanın diqqətini cəlb edəcək bir açıqlama verib. 

AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Qreydinin sözlərinə görə, kosmosun dərinliklərində nəhəng osminoqlar yaşayır. 


Digər planetlərdə canlı olub-olmadığı insanlığın yaranışından bəri düşündürən məsələlərdən biridir. M.Qreylinin açıqlaması yenidən bu məsələni gündəmə gətirib. 

Britanyalı astronavt qeyd edib ki, Yüpiterin peyklərindən biri olan Avropada həyat ola biləcəyi ehtimalı demək olar ki, yüz faizdir. O hesab edir ki, bu yaşam forması osminoqları andırır. 

 Aydan bir qədər kiçik olan və səthi buzla örtülmüş Avropanın buz təbəqəsinin altında okean olduğu da M.Qreydinin iddiaları arasında yer alır. Qreydi sözügedən okeanda canlı məxluqların olduğuna əmindir.

O, Marsdakı yeraltı mağaralarda da canlıların ola biləcəyini düşünür. Hətta mağaraların bu məxluqları təhlükəli radiasiyadan qoruduğunu deyir.