Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-21 09:44:00
Çindən gələn iki tələbədə koronavirus aşkarlanmadı - RƏSMİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Çindən gələn azərbaycanlı tələbələrlə bağlı məlumat yayıb.

AzEdu.az-a daxil olan birgə məlumatda deyilir ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi olub. Belə ki, onlarda hər-hansı bir virus aşkarlanmayıb.

Qeyd olunub ki, gün ərzində onların evə buraxılacaqları gözlənilir.