Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-20 17:24:00
Süni intellektin tənzimlənməsi üçün plan hazırlanır

Avropa Komissiyası süni intellektin tənzimlənməsi üçün plan hazırlayır. 

 AzEdu.az xəbər verir ki, planı hazırlamaqda məqsəd süni intellekt sahəsini tənzimləmək, eyni zamanda, inkişafını stimullaşdırmaqdır.

 Avropa Komissiyası dövlət və özəl investorların süni intellektə qoyacaqları sərmayəni 10 il müddətində hər il 20 milyard dollara çatdırmaq istəyirlər.

 Sözügedən təşkilat dövlətləri bu sahəyə daha fəal investisiya yatırmağa təşviq etmək niyyətindədir.

 Təşkilat, həmçinin süni intellektdən istifadənin insan hüquqlarını pozub pozmadığını, kiminsə maraqlarına kölgə salmamağı araşdırmağa da hazırlaşır.

 "Süni intellekt insanlara xidmət etməlidir. Ona görə də, bu sahə insan hüquqlarına uyğun olmalıdır. Bu baxımdan da prinsipial qərarları insanlar qəbul etməlidir", – deyə Avropa Komissiyasının nümayəndəsi Ursula fon der Leyen vildirib.

 Hələki müzakirəyə çıxarılan plan Avropa Komissiyasına üzv olan ölkələr tərəfindən müzakirə ediləcək. Plan barəsində qanun layihəsi cari ilin sonunda hazır olacaq.

 Süni intellektlə yanaşı Avropa Komissiyası texnologiyalara dair tənzimləyici normları hazırlamağı planlaşdırır. Bu normalar nəhəng texnoloji şirkətlər olan Feysbuk, Google və Amazon, daxil edilə bilər.