Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-21 17:00:00
Azərbaycanlı alim nüfuzlu beynəlxalq jurnalın redaktoru seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Communications” jurnalının “Fizika elmləri və mühəndislik” seriyasının redaktoru seçilib. Jurnal Ankara Universitetinin elmlər fakültəsi tərəfindən nəşr olunur.

İnstitutdan  AzEdu.az-a bildirilib ki, 1948-ci ildən nəşr olunan, “TUBITAK-Ulakbim” və “JournalSeek” tərəfindən indeksləşən jurnalda fizika, mühəndislik fizikası, elektronika və kompüter mühəndisliyi, astronomiya və geofizika sahələrini əhatə edən məqalələr nəşr edilir.