Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-19 17:50:00
BDU-nun jurnalistika fakültəsi TRT ilə əməkdaşlıq edəcək

TRT Bakı Nümayəndəliyinin rəhbəri Murat Akkoç və TRT-nin təhsil əlaqələndiricisi Erkan Kavdır Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində olublar.

BDU-dan bildiriblər ki, görüşdə jurnalistika fakültəsi ilə TRT arasında əməkdaşlıq məsələləri, birgə layihələrin reallaşdırılması perspektivləri, eyni zamanda, Türkiyədə təşkil ediləcək “TRT gələcəyin jurnalistləri müsabiqəsi” haqqında müzakirələr aparılıb.

Qonaqlar tələbə çəkilişlərinin aparıldığı Tədris teleradio studiyasının fəaliyyəti ilə tanış olub, onlara “TRT gələcəyin jurnalistləri müsabiqəsi”ndə iştirak qaydaları ilə bağlı təqdimat nümayiş etdiriblər. Müsabiqənin 4 əsas kateqoriya və 12 alt kateqoriyada təşkil olunması nəzərdə tutulur. Bu yarışmada iştirak etmək məqsədilə jurnalistika sahəsində təhsil alan tələbələr 2019-2020-ci tədris ilində hazırladıqları materialları Türkiyə türkcəsində alt yazı ilə təqdim edə biləcəklər.

Hazırda TİKA və TRT-nin birgə təşkil etdikləri “Yeni media və xəbərçilik” təhsil seminarında jurnalistika fakültəsinin 6 tələbəsi iştirak edir. Təlim 5 gün davam edəcək və seminarın sonunda tələbələrə sertifikatlar təqdim olunacaq.