Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-19 16:20:00
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Rusiyanın “Elektrik stansiya və şəbəkələrinin trenajoru” SC-nin baş direktoru, texnika üzrə elmlər doktoru, professor Sergey Maqidin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

AzEdu.az-ın məlumatına görə, universitetdən bildirilib ki, rektor Vilayət Vəliyevlə keçirilən görüşdə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Rusiyanın və postsovet ölkələrinin Ali Attestasiya Komissiyası tərəfindən tanınan “Energetika etibarlılığı və təhlükəsizliyi” (“Nadejnost i bezopasnost energetiki”) jurnalında AzTU əməkdaşlarının elmi məqalələrinin dərc edilməsi, universitetin professor-müəllim heyətinin redaksiya heyətinə üzvlüyü təklif olunub.

Həmçinin “Elektrik stansiya və şəbəkələrinin trenajoru” Səhmdar Cəmiyyətinin universitetin Elektrotexnika və elektrik avadanlığı kafedrası ilə iş birliyinin yaradılması barədə mübadiləsi aparılıb.