Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-19 15:18:00
İnzibati icraçı vəzifələr üzrə test imtahanında qadınların müvəffəqiyyət göstəriciləri daha yüksək olub

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 16-da inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə keçirilmiş dövlət qulluğuna qəbul imtahanında qadınların müvəffəqiyyət göstəriciləri daha yüksək olub.

AzEdu.az xəbər verir ki, qeydiyyatdan keçmiş 1016 kişidən 403 nəfər (39,7 faiz), 840 qadından isə 400 nəfər (47,6 faiz) uğur qazanıb.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1856 namizəddən 803 nəfəri (43,3 faiz) müvəffəqiyyət əldə edib.