Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-19 13:46:00
ADNSU-da icbari tibbi sığorta haqqında maarifləndirmə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) əhalinin icbari tibbi sığortası haqqında maarifləndirmə tədbiri keçirilib.

AzEdu.az xəbər verir ki, universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev tədbir haqqında iştirakçılara məlumat verib. Bildirb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu ilin sonuna qədər bütün ölkədə bu sistem tətbiq olunacaq. Məqsəd vətəndaşların sağlamlığını təmin etmək, onların vaxtı-vaxtında müalicə və müayinəsinin həyata keçirilməsidir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsləhətçisi Pərvin Abiyev sığortaolunanların hüquq və vəzifələri, sığortaolunma prosedurunun həyata keçirilməsi qaydaları və görüləcək işlər haqqında danışıb. Bildirib ki, icbari tibbi sığorta ölkə üçün yeni sistemdir. Prezident İlham Əliyevin  2016-cı il 15 fevral tarixli fərmanına əsasən, fəaliyyətə başlayan agentlik artıq bu istiqamətdə kifayət qədər işlər görüb. Onun sözlərinə görə, bu müddət ərzində sığorta sistemi pilot layihə kimi 3 regonda tətbiq olunub və uğurla nəticələnib. O, əlavə edib ki, 2020-ci ilin sonuna kimi ölkənin bütün vətəndaşları sığortalanacaq və bu sistem mərhələli şəkildə həyata keçiriləcək. Cari il aprel ayından başlayaraq isə vətəndaşlardan təxminən əmək haqqının 2 faizi həcmində tibbi xərclər yığılacaq. Rəsmi iş yeri olmayanların (işsiz vətəndaşların sığortalanması) icbari tibbi sığortası agentlik hesabına həyata keçiriləcək.

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.