Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-18 09:35:00
Şirvanda şagirdlərin olimpiada dərsləri davam edir

AzEdu.az xəbər verir ki, təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olan “Gələcəyin fizikləri“ layihəsi Şirvan rayonunun təhsili üçün yeni uğurlara imza atıb.

Belə ki, illər sonra fizika fənni üzrə Respublika fənn olimpiadalarının  yarımfinal mərhələsinə 10 nəfər şagird iştirak hüququ qazanıb. Bu şagirdlərdən 7 – si “Gələcəyin fizikləri” layihəsində iştirak edir.

Qeyd edək ki, layihə rəhbəri Şirvan rayon  təhsil meneceri, 3 saylı tam orta məktəbin fizika müəllimi Vasif  Zeynalovdur.

Layihənin təlimçi və ekspert heyəti Şirvan rayonunda təhsil alan 9 – cu sinif şagirdlərindən 25 şagird seçərək onları fənn olimpiadalarına hazırlayıb. Şagirdlər təkcə nəzəri deyil, həm də praktiki biliklərinin artırılması məqsədi ilə Şamaxı Astrofizika rəsədxanası və Bakı Hədəf liseyinin İnteraktiv Elm Muzeyində  də olub.

Hazırda layihə rəhbəri tərəfindən yarımfinalda iştirak hüququ qazanan şagirdlərlə olimpiada dərsləri  davam edir. Şagirdlər finala vəsiqə qazanmaq üçün  23 fevralda növbəti imtahanlarını verəcəklər.