Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-17 17:25:00
Naxçıvan Müəllimlər İnstitutunda 5-ci sinif riyaziyyat dərsliyinin müzakirəsi

Naxçıvan Müəllimlər İnstitutunda orta məktəblərdə tədris olunan 5-ci sinif  riyaziyyat dərsliyinin müzakirəsi keçirilib.

AzEdu.az xəbər verir ki, müzakirələrdə Naxçıvan Təhsil Nazirliyinin əməkdaşları, institutun riyaziyyat və tədrisi metodikası, həmçinin ali riyaziyyat və informatika kafedrasının əməkdaşları, ümumtəhsil məktəblərinin bir qrup riyaziyyat müəllimi iştirak edib.

Tədbirin məqsədi  5-ci sinif riyaziyyat dərsliyinin elmi-metodiki cəhətdən təhlili, dərsliyin pedaqogikanın tələblərinə uyğunluğu haqqında rəy və təkliflərin müzakirəsindən ibarət olub.

Naxçıvan Müəllimlər İnstitutunun professoru Yaqub Məmmədov və Naxçıvan Təhsil Nazirliyinin  aparıcı məsləhətçisi Baba Əliyev tərəfindən aparılan müzakirə geniş diskussiya şəraitində keçib, ortaya çıxan suallar təhlil edilib, rəy və təkliflər ümumiləşdirilib.