Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-17 11:09:00
Gənclərin əmək bazarına cəlb olunması üçün peşə hazırlığı kurslarının səmərəliliyi artırılacaq

2020-2025-ci illərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin, xüsusilə gənclərin, əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması üçün peşə hazırlığı kurslarının səmərəliliyi artırılacaq, bu sahədə mütərəqqi təhsil metodlarından istifadə etməklə səriştəyönümlü modul təlimin tətbiqi genişləndiriləcək.

AzEdu.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Tədbirlər Planına əsasən işi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə icra edəcək.

Tədbirlər Planında hər il ən azı 2500 nəfərin təlimlərə cəlb edilməsi, o cümlədən 1500 nəfərin modul proqramlar əsasında təlim keçməsi qeyd olunub.