Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-17 10:56:00
Yeni modul təlim proqramları hazırlanacaq

2020-2025-ci illərdə peşə hazırlığı üzrə səriştəəsaslı modul təlim proqramlarının hazırlanması və yenilənməsi nəzərdə tutulur. AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Tədbirlər Planına əsasən işi Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə icra edəcək.

Tədbirlər Planında indiyədək 10 modul təlim proqramının hazırlandığı və yeniləndiyi qeyd olunub.