Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-16 12:19:00
Ali məktəblərdə ixtisaslar əmək bazarına uyğunlaşdırılacaq

Ali məktəblərdə ixtisaslar əmək bazarına uyğunlaşdırılacaq. 

AzEdu.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2020-2021-ci illər ərzində təhsil müəssisələrinə tələbə qəbulunda nəzərdə tutulan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün təkliflər hazırlamalı və bu istiqamətdə tədbirlər həyata keçirməlidir.

Eyni zamanda Təhsil Nazirliyinə 2020-2025-ci illərdə təhsil müəssisələri tərəfindən məzunların əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi üzrə dövri müayinələr aparılması ilə bağlı tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.