Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-16 11:57:00
Soydaşımız Qazaxıstanın Ukraynadakı fəxri konsulu təyin edildi 

Milliyyətcə azərbaycanlı olan Nəcəfli Emin Musa oğlu Qazaxıstan Respublikasının Ukraynanın Xarkov, Poltava və Sumsk əyalətləri üzrə fəxri konsulu təyin edilib.

AzEdu.az-ın məlumatına görə, “Report” xəbər verir ki, Emin Nəcəfli Azərbaycanda anadan olub, amma Ukrayna vətəndaşıdır.

Xarkovda konsulluğun açılışı münasibəti ilə keçirilən mərasimə Emin Nəcəfli, Qazaxıstan Respublikasının Ukraynadakı səfiri Samat Ordabayev, Xarkov Vilayət Şurasının sədri Sergey Çernov və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış ediblər.

Qeyd edək ki, Emin Nəcəfli 1977-ci il mayın 7-də Ağcabədi şəhərində anadan olub. 1983-cü ildən 1992-ci ilə qədər Ağcabədi şəhər 9 saylı orta məktəbdə oxuyub. 1992-1996-cı illərdə Antalya şəhərindəki Peşə Liseyində mehmanxana və turizm biznesi fakültəsində oxuyub. O, 2010-cu ildən 2012-ci ilədək Ukraynada hüquqşünas təhsili alıb və bir sıra vəzifələrdə çalışıb.

Ailəlidir, 3 övladı var.