Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-15 10:19:00
“Qırmızı Kitab”ın III nəşri hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyəti tərəfindən 2020-2023-cü illəri əhatə edən iş proqramı hazırlanıb.

AzEdu.az-ın məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova AMEA-nın Rəyasət Heyətinin iclasında deyib.

Kitabın III nəşri üzrə 2020-2023-cü illəri əhatə edən iş proqramı ətrafında müzakirələr aparıldıqdan sonra Rəyasət Heyəti tərəfindən proqram qəbul edilib.

 Bununla yanaşı, nəşrlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq məsələlərin birgə müzakirəsinin təşkil edilməsi məqsədəuyğun hesab edilib.

“Qırmızı Kitabı”n III nəşri ilə əlaqədar elmi-təşkilati, texniki, maliyyə və s. məsələlərin vaxtında və səmərəli həllini nəzərdə tutan multidissiplinar elmi-tədqiqat proqramının hazırlanması tövsiyə olunub.