Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-14 17:42:00
Dövlət İmtahan Mərkəzində növbəti məşğələlər fizika, rus dili, biologiya, tarix fənlərini əhatə edib

Dövlət İmtahan Mərkəzində (DİM) hazırlıq kurslarının növbəti məşğələləri keçirilib.

AzEdu.az xəbər verir ki, məşğələlərin mövzusu təhsil proqramı (kurikulum) əsasında tərtib edilmiş tapşırıqların qiymətləndirmə meyarları haqqında olub.

Fizika və tarix fənləri üzrə məşğələlərdə kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi aparılıb. Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Biologiya fənni üzrə məşğələnin mövzusu “Situasiya tipli tapşırıqların hazırlanması”, Rus dili fənni üzrə isə “Qiymətləndirmə meyarlarının hazırlanması” olub.

Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Növbəti həftə məşğələlər davam etdiriləcək.