Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-13 13:08:00
1000-ə yaxın şagird informatika təmayüllü siniflərdə oxuyur

Müasir dövr, rəqəmsal inqilab informasiya və kommunikasiya texnologiyaları biliklərinə ehtiyac yaradır. Təhsil sistemində bu sahəyə xüsusi diqqət ayrılıb.

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə keçirilən “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda Beynəlxalq konfransda Təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, şagirdlərin İKT biliklərini artırmaq, bu istiqamətdə istedadları üzə çıxarmaq üçün məktəblərdə informatika təmayüllü siniflər yaradılıb. 1000-ə yaxın şagird informatika təmayüllü siniflərdə oxuyur.

İdris İsayev qeyd edib ki, növbəti tədris illərində bu sahəyə diqqət daha da artırılacaq.