Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-12 15:01:00
İnsan Resursları Mərkəzindən xəbərdarlıq -Bu müəllimlər sertifikasiyadan keçməyəcəklər

Son vaxtlar müəllimlərin sertifikasiyası xeyli müzakirə olunur. Sertifikasiyanın şərtləri, kimlərə şamil olunacağı, həmçinin sertifikasiyadan keçməyənlərin  aqibəti çoxlarına maraqlıdır.

AzEdu.az xəbər verir ki, müəllimlərin işə qəbul müsabiqəsində iştirak etmiş əvvəlki illərin müəllimləri bu il keçirilən sertifikasiya imtahanında iştirak etməyəcək. İnsan Resursları Mərkəzindən verilən məlumata əsasən, yalnız 5 il əvvəl MİQ müsabiqəsində iştirak edən namizdlər sertifikasiyadan keçməlidir.

Yəni, əgər müəllim 2018-ci ildə MİQ müsabiqəsində iştirak edərək ümumtəshil məktəblərdən birinə qəbul olunubsa, o, yalnız 2023-cü ildə sertifikasiya olunacaq.

Qeyd edək ki, sertifikasiya qaydaları Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub.