Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-12 13:26:00
Pərvanə İbrahimova fəaliyyətini burada davam etdirəcək

 

Bu gün BDU-nun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, dosent Pərvanə İbrahimova  vəzifəsindən getməsi ilə bağlı məlumat yayıb.

AzEdu.az-a açıqlama verən dosent bundan sonrakı fəaliyyətini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika kafedrasında davam etdirəcəyini deyib.

Pərvanə İbrahimova həmin kafedrada sosial media, ictimaiyyətlə əlaqələr fənlərini tədris edəcək.

Qeyd edək ki, Pərvanə İbrahimova  1994-1998-ci illərdə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər  fakültəsində bakalavr pilləsini, 1998-2000-ci illərdə magistr səviyyəsini  bitirib. 2000-ci ildə BDU-nun Mətbuat-informasiya şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edilib.  10 il (2000-2010)  Mətbuat-informasiya şöbəsində mütəxəssis, 2010-2020-ci illərdə isə  şöbənin müdiri vəzifəsində çalışıb. 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları