Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-12 12:25:00
Gənclər üçün Prezident mükafatına layiq görülənlər

Ötən gün ölkə Prezidenti cənab İlham Əliyev 2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir sıra gənc mükafata layiq görülüb.

AzEdu.az xəbər verir ki, 2020-ci il Gənclər üçün Prezident mükafatına layiq görülmüş gənclərdən biri Murad Ağazadə riyaziyyat fənni üzrə respublika fənn olimpiadalarında 5 qızıl və beynəlxalq fənn olimpiadalarında 5 gümüş, 6 bürünc medal olmaqla ümumilikdə 16 medal əldə edib. O, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdidir.

SABAH tələbəsi Ziya Ağayev də bu gənclər sırasındadır. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti ixtisası üzrə IV kursda təhsil alır. Ziya Ağayev “British Council”ın  "Unlimited" proqramının tərkib hissəsi kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyinin SABAH qruplarının tərəfdaşlığı ilə keçirilən "Bir günəş altında"  layihəsinin iştirakçısı olub.  Ötən il Rusiyanın Moskva şəhərində keçirilən  “Rusiya Dövlət Teatr Sənəti İnstitutu (DTSİ) ustad-dərsi” adlı MDB ölkələri tələbələrinin Teatr festivalında “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb.