Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-12 11:26:00
UNEC-dən ölən tələbə ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda tələbə dəm qazından boğulub.

 AzEdu.az  APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb.

 Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, dəm qazından dünyasını dəyişən tələbə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin tələbəsi deyil:

 “Araşdırma apardıq. Məlum oldu ki, dəm qazından boğularaq dünyasını dəyişən tələbə qız bizim universitetdə təhsil almayıb”.

  Faktla bağlı Xətai rayonProkurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb.