Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-08 16:59:00
Müəllimlər üçün seminarlar keçirilib-BŞTİ

Ümumitəhsil müəssisələrində çalışan riyaziyyat müəllimləri və metodbirləşmə sədrləri üçün "Riyaziyyat fənni üzrə qiymətləndirmə vəsaitlərinin seçilmiş standartlara uyğun olaraq tərtib edilməsi qaydası" mövzusunda seminarlar keçirilib.

AzEdu.az xəbər verir ki, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan seminarların əsas məqsədi riyaziyyat fənnində kurikulum standartlarının gözlənilməsi, müasir təlim texnologiyalarından istifadə, formativ qiymətləndirmənin səviyyələr üzrə aparılması və dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunmasından ibarətdir.

Paytaxtın 12 inzibati rayonu üzrə keçirilən seminarlar da təlim prosesini əks etdirən dərslər nümayiş olunub, müəllimlərə kurikulum əsasında keyfiyyətli dərsin təşkilinə dai rmüvafiq tövsiyələr verilib.

Seminarlarda həmçinin müəllimlər diaqnostik və formativ qiymətləndirmənin təşkili,  nəticələrinin təhliliilə bağlı məlumatlandırılıblar.

Seminarların sonunda qeyd edilən mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.