Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 15:51:00
Çin alimləri virusa görə indi dəbu heyvandan şübhələnir - FOTO

 

Cənubi Çin Kənd Təsərrüfatı Universiteti tərəfindən koronavirusun panqolindən yayıldığı iddiası irəli sürülüb.

AzEdu.az xəbər verir ki, elm adamlarının sözlərinə görə, bu məlumat xəstəliyin qarşısının alınması və nəzarətdə saxlanılması üçün çox önəmlidir.

Qeyd edək ki, pulcuqlu dərisi və əti üçün qeyri-qanuni ovlanan panqolin nəsli kəsilmək üzrə olan heyvan növləri sirasındadır. Afrika və Asiya qitələrində 8 növü yaşayan bu heyvanlar dünyada yeganə pulcuqlu məməlilərdir.

Bundan əvvəl usə ölümcül virusun yarasa, ilan və meymundan insana keçdiyi barədə iddialar irəli sürülmüşdü.