Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 10:00:00
Eksternat təhsilalma forması üzrə yekun qiymətləndirmə keçiriləcək  

Eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında uğur qazanmış şəxslər üçün yekun qiymətləndirmə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən xəbərə görə, ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə yekun imtahanların I mərhələsi 29 mart, II mərhələsi isə 5 iyul tarixlərində olacaq.

Tam orta təhsil səviyyəsi (XI sinif) üzrə isə yekun imtahan 26 aprel tarixində keçiriləcək.