Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-01 15:38:00
Ceyhun Bayramov müəllimlik ixtisasının keyfiyyətindən bəhs etdi

“2019-cu ildə hər 500-dən çox bal toplayan 4 nəfərdən biri müəllimlik peşəsini seçib”.

 AzEdu.az  xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov fevralın 1-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumunda deyib.

 Nazir çıxışında müəllimlik ixtisasının keyfiyyəti yüksəldildiyini də qeyd edib:

“Qəbul imtahanlarında müəllimlik ixtisasını seçənlərin sayında artım müşahidə olunur. Müəllimlik ixtisası keyfiyyət baxımından da inkişaf edərək, yeni mərhələyə qədəm qoyub”.

 Qeyd edək ki, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən forumun əsas məqsədi gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı vasitəsilə onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlıq şəbəkəsini genişləndirməkdir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları