Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-01 13:08:00
Azərbaycana yaz fəslinin gələcəyi vaxt açıqlandı

Yaz fəslinin Azərbaycana daxil olacağı dəqiq tarix məlum olub. 

AzEdu.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından  bildirilib ki, bu il yaz fəsli ölkəyə martın 20-də, yerli vaxtla saat 07:49:36-da daxil olacaq. 

Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir.

Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarımkürəsinə yaz fəsli daxil olur.