Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-19 16:21:11
2.4 milyon körpənin həyatını qurtaran 78 yaşlı xilaskar

Dünyanın hər yerində "Qızıl qol" adlandırılan avstraliyalı Ceyms Harrison, indiyə qədər 2.4 milyon körpənin həyatını xilas edib.

Onun qanından istifadə edilərək aparılan araşdırmalar nəticəsində Anti-D adı verilən peyvənd tapılıb. Bu peyvənd Resus xəstəliyinə qarşı mübarizə aparmaq üçün hazırlanıb. Resus ana bətnindəki körpənin qan hüceyrələrinin zədələnməsinə səbəb olan xəstəlikdir və hamilə qadınların qanında mikroblara səbəb olur. Avstraliyada qadınların 17%-dən çoxu bu xəstəliklə üz-üzə qalır.

Hazırda  78 yaşı olan Harrison, bir neçə gün əvvəl ehtiyacı olan bir nəfərə qan plazması bağışlayıb

Harrison 14 yaşında olanda riskli sinə əməliyyatı keçirib və üç ay müddətinə xəstəxanada qalmağa məcbur olub. Onun həyatı, bağışlanan 13 litr qan hesabına xilas edildiyi üçün o, donor olmaq qərarına gəlib. Ancaq ölkə qanunlarına görə, o, 18 yaşına qədər gözləmək məcburiyyətində idi. Sözünü tutan Harrison, 18 yaşından etibarən hər həftə mütəmadi qan bağışlamağa başlayıb və bu ənənəni 60 ildir ki davam etdirir.

O, mütəmadi şəkildə qan verdiyi üçün deyil, qanında Rho (D) anticismi kəşf edildiyi üçün bu qədər önəmlidir. Bu anticisim doğulmamış uşaqlarda rastlanan Resus xəstəliyinin yeganə müalicə vasitəsi idi. Bundan sonra Harrison mütəmadi şəkildə qan verməyə başlayır. 1077-ci dəfə qan verdiyi gün adı Ginnesin Rekordlar kitabına düşür. Bunun nəticəsində o, 2.4 milyon uşağın həyatını xilas edib.