XƏBƏRLƏR

19.05.2018 15:39
Alqışların müəyyən etdiyi qaliblər – UNEC-də qeyri-adi müsabiqə - VİDEO

Mayın 17-də “II UNEC Science Slam” müsabiqəsi keçirilib.

Tədbirdə Təhsil Nazirliyi, AMEA, Elmin İnkişaf   Fondu, Gənclər Fondu, Bilik Fondunun rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, görkəmli elm xadimləri, tanınmış təhsil ekspertləri, ictimaiyyət nümayəndələri, eləcə də universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

Təqdimatlardan sonra qaliblərin çıxışları “Science Slam” qaydalarına uyğun olaraq, alqış sədaları ilə qiymətləndirilib. Qalibi xüsusi cihaz vasitəsilə ölçülən alqışın səs diapozunu müəyyənləşdirib. 90.2 desibel (dB) səs tezliyində alqış qazanan Biznes və menecment fakültəsinin I kurs tələbəsi Amal Veysəlov “Hər şey göründüyü kimi deyil” mövzusu ilə “II UNEC Science Slam” müsabiqəsində I yerin sahibi olub. A.Veysəlov təqdimatında televiziyalarda yayımlanan reklam materiallarının insan şüuruna təsirini tədqiq edib.

AzEdu.az tədbirdən olan videoreportajı təqdim edir:

İlin gənc müəllimi-Müraciət formu