Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-31 12:56:00
Azərbaycanda bu qədər tələbə ixtisasını və universitetini dəyişib

 transfer.edu.az portalı fəaliyyətə başladığı gündən bugünədək  6 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Qeyd edək ki, fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılır. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları