Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-19 14:38:00
Gənc alim “dünyanı təmizləməyə” hazırlaşır - FOTO

Hollandiyalı  Boyan Slat adlı ixtiraçı okeanları tullantılardan təmizləməyi qarşısına məqsəd qoyub.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, 18 yaşındaykən konfransda “okeantəmizləmə maşını”ndan bəhs edən Boyan Slat, 2018-ci ildə oradakı tullantıları təmizləməyə başlayacağını bildirib.

Okeanlarda mövcud olan axıntılar  plastik tullantıları toplamağı, hətta izləməyi belə çətinləşdirir. Ancaq Slat, xüsusi layihəsi vasitəsilə bunun öhdəsindən gələcəyini iddia edir.

100 km uzunluqlu  təmizləmə borularının 10 il ərzində Şimal Buzlu Okeanındakı tullantıların 42%-ni ortadan qaldıra biləcəyi nəzərdə tutulur.Bu isə ümumilikdə 70,320,000 kq tullantı deməkdir. İlk etapda Yaponiyada qurulan proyekt tamamlandığı zaman 2,000 metrlik sınaq sistemi dünyanın ən böyük üzən platforması olacaq.

"Dünyanın ən böyük təmizliyi" isə İyun ayında San-Francisko körfəzindən başlayacaq. Slat, layihənin sonunda, 2050-ci ildə bütün plastik tullantıları ortadan qaldıracağına ümid edir.