Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-18 22:55:12
Azərbaycan filosofunun yaratdığı möhtəşəm səma nəzəriyyəsi – Dünya xəbərsizdir  
 
AzEdu.az  böyük Azərbaycan filosof və maarifçisi Abbasqulu ağa Bakıxanov barəsində açılmayan xeyli sayda bilgilərdən birini təqdim edir:
 
 
Orta əsr Avropasında yerin hərəkəti barədə ilk dolğun nəzəriyyə olan heliosentrik nəzəriyyəsini Bakıxanov kainatın  əsas dövrü qanunu kimi özünüz “Kainatın sirləri”əsərində  təsvir edir. 
 
 
1543-cü ildə Kopernik tərəfindən  kəşf edilən və astronomiya tarixində inqilab sayılan  Heliosentrik nəzəriyyəyə əsasən Yer öz oxu ətrafında və digər planetlərlə birlikdə günəş ətrafında fırlanırdı. Bu iddia kilsənin - Yer kainatın mərkəzidir, tezisinə qarşı olduğundan fəlsəfi və dini çevrələrdə böyük hay – küy qopardı. Kopernikin iddiası bu idi ki, onun sistemi hesablamaları asanlaşdırır. O həmçinin planetlərin  Günəş ətrafındakı tam dövr və onların günəşə qədər olan məsafələrini astronomik vahid olaraq hesablamışdı.
 
Bu hesablamalar Bakıxanovun “Kainatın sirləri” əsərində oraya qoyduğu dəlillər idi:
 
Astronomiya elmində iki nəzəriyyə vardır: bunlardan biri rumlu Ptolemeyin nəzəriyyəsidir. Bu nəzəriyyə Yerin sükunətdə olması, Günəşin isə onun ətrafında fırlanmasına əsaslanır. O biri isə polşalı Kopernikin nəzəriyyəsidir ki, birincinin əksinədir.  Hər ikisinin milliyyətcə bizdən  fərqli olduğunu xüsusi nəzərə almaqla əqli qavrayışların təqlidinə yol verilməməsi, əqlin üstün tutduğu və şəriətə uyğun gələn şeyi götürməyi zəruri edir və öz dediklərini üstün tutaraq haqlı olduqlarını iddia edənlərin təqlidindən çəkinməyi lazım bilir. Birincidən fərqli olaraq o biri nəzəriyyənin qəti həndəsi dəlillərlə təsdiq edildiyini, hədis və ayələrlə təsbit oluna bilindiyini görərək, sonuncu peyğəmbərlik sahibinin hicrətindən  coğrafiya elminə aid kitabımın riyyaziyyat bölməsindən olan müqəddimə, üç fəsil və nəticədən ibarət kiçik bir risalə yazdım. Allahdan bu işi yaxşı başa catdırmağımı diləyirəm.”
 
 
Göründüyü kimi, o,  burada əsərin yazılma səbəbini izah edir. Kainat elminə aid Şərq dünyasında o qədər də müfəssəl əsərlərin yazılmaması və insanların bundan xəbərsizliyini əsas gətirərək Bakıxanov bu sahədə də qələmini sınayır. Onun başqa bir missiyası da Şərq dünyasını xəbərdar etmək idi. Avropa Şərqdən  oğurladığı elm, fəlsəfə,  mədəniyyətin işığından tutaraq kainat sirlərini kəşf etdikləri halda Şərq dünyası XIX əsrdə belə bu məsələlərə girişə bilmir. Dövlət qulluqçusu olmasına baxmayaraq ensiklopedik bilik daşıyıcısı kimi yetişən Bakıxanovun da bu əsəri  o səbəbdən yazılır.  
 
 
 
Əsər 3 hissəlidir. On bir fəsildən ibarət olan  birinci hissə Yerin hərəkəti haqqındadır. Amma fəsillərin sayından da göründüyü kimi burada tək Yerin hərəkəti yox eləcə də onun forması, dövrülüyü, iqlimi, qütbləri,  üfüqləri, meridian və paralelləri barədə geniş məlumat verilir. Əsərin əsas qayəsi isə ikinci hissədə üzə çıxır. “Göy cisimləri haqqında” adlanan bu hissə beş fəsildən ibarətdir: Kainatın sirləri, ulduz partlayışı, qalaktikalar- arası toqquşmalar da bu hissədə əks olunur. Onların bəzilərini ilk dəfə olaraq Abbasqulu ağa elmi əsaslarla sistemləşdirib riyazi üsullarla hesablayaraq dəqiq qənaətə gəlib. 
 
Göy cisimləri bölməsində  Ayın vəziyyəti,  Günəşin hərəkəti, planetlərin yerləşmə ardıcıllığı və onların Günəş ətrafında hərəkəti bu bölümdə müfəssəl şərh olunub. Əsasən astronomik hesablamalara əsaslanan  bu şərhlərdə İlahi hikmət məqamı gizli fon kimi özünü qoruyub saxlaya bilir. Bakıxanov hər bir hesablama nəticəsində gəldiyi qənaəti məhz, bununla əsaslandırır. Ulduzların sirləri adlı fəsildə bu məqam özünü daha çox büruzə verir:
 
 
“Səmada görünən ağ ləkələr  uzaq kəhkəşanlardır. Herşel məşhur teleskopu ilə bunları kəşf edərək, demişdir ki, sayı 3000-ə çatan bu ləkələr parlaq nöqtələrdən ibarətdir. Əgər adı çəkilən yaxın kəhkəşan indiki yerinə nisbətən bizdən 2000 dəfə uzaqda yerləşsəydi, onda o da həmin ləkələr kimi görünərdi. Ehtimal olunur ki, onların arxasında göz və alətlə görunməsi mümkün olmayan saysız-hesabsız kəhkəşanlar gizlənir”.
 
 
Qeydin altında  çox gizli mətləblər yatır. Müəllif Yer kürəsinin nə qədər kiçik bir mexanizm olmasını diqqətə çatdıraraq onu Allahın tənzimləyici qüvvəsi sayəsində özündən milyonlarca böyük olduğu qalaktikada necə qərar tutmasını  nümayiş etdirir. Təhlükə məqamını təsvir metodu da bu qeyddən yan keçmir. Bakıxanov sayı-hesabı bilinməyən ulduz yığınının bir saniyəlik qeyri müntəzəm hərəkəti nəticəsində yer kürəsinin asanlıqla darmadağın oluna biləcək ehtimalını irəli sürür.
 
 
Günəşin mərkəzində yerləşən qara ləkələr barədə məlumat verəkən də o, bu təhlükəni xatırladır. Astronomiya elmi hələ o zaman bu qara ləkələri yeni yeni öyrənməyə başlayırdı. Hansı qara ləkələr ki, onlar Yerin həcmindən dəfələrlə böyük idi. Oradan gözlənilə bilən potensial  təhlükə Yerin hərəkət mexanizmi üçün nə dərəcədə böyük zərbə vuracağını  qeyd edib. Günəşin özündə istiliyin olmaması və  ətrafında hərəkət edən cisimlərdə bu istiliyi əks etdirmə kimi fərziyyələrini  də irəli sürür. “Nur mənbəyi”  adlandırdığı Günəşi qalaktikanın şahı deyə səciyyələndirir və mərkəzdə dayanaraq hər bir cismi  özünə doğru çəkməsini də elmi yöndən izah etməyə  çalışır.
 
 
Burada səma cisimlərinin toqquşması nəticəsində yarana biləcək astronomik fəlakətlərlə bərabər filosof həm də ilahi hökmlərin pozulması nəticəsində yarana biləcək ruhi,  mənəvi çöküşlərə də işarə edib.  Bu məqamları bir neçə detalla izah etmək olar: əslində  dünyanın dağılmasını göstərməklə yanaşı o həm də ilahi nizamın pozulma sistemini əks etdirib.  Çünki bü gün kainat mexanizmi kimi insan da mikrokainat kimi məhz,  ilahi hökmlərə tabedir. O bu hökmləri pozduğu zaman mikro kainatda da belə fəlakətlərin yaranmasına işarə edirdi. Amma təbii ki, elmi dəlillərlə əsaslandırılan fəza təhlükəsini də emosionallığın məhsulu olaraq göstərməyib. Burada dəqiq riyazi hesablamalar var və XX əsrdə Avropa alimlərinin bəzi nəzəriyyələri və səma cisimləri arasında baş verən toqquşmalar  “Kainatın sirləri”nin nə dərəcədə əsas  elmi məxəz olduğunu əks edir. Nəticə tam etibarilə sonda İlahi hökmlərə söykənir. Bütün cisimlərin tam olaraq mərkəzə doğru hərəkət etdiyini və “əvvəl axır qayıdış mənədir” ayəsinə bənzədilməsi ehtimalına gəlinir.  (moderator.az)