Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 14:16:00
Nazir yaxın aylarda istifadəyə veriləcək tələbə yataqxanalarından danışdı

Ötən il xarici tələbələrin cəlbi məqsədilə tələbə yataqxanaları ilə bağlı vacib layihələr icra olunub”

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov   Təhsil Nazirliyinin 2019-cu ilin yekunları, 2020-ci ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.

Nazir ötən ilin prioritet istiqamətlərindən söz açarkən bildirib ki, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin “Univerium” adlı yataqxana korpusu icra olunub. O, özəl sektor nümayəndələrinin iştirakı ilə baş tutub və buraya dövlət dəstəyi sərf olunmayıb:

"Gəncə Dövlət Universitetində tikilən 800 yerlik yataqxana kompleksində də təmir işləri yekunlaşmaq üzrədir. Bu kompleks  növbəti aylarda istifadəyə veriləcək.  BDU-da 220 yerlik yataqxana da yaxın vaxtda istifadə veriləcək".

Yeni tələbə yataqxanalarının inkişafı üçün bir sıra şirkətlər cəlb edilməklə layihələr hazırlanır. Məqsəd dövlət sərmayəsinə ehtiyac olmadan özəl investisiya ilə tələbələr üçün şərait yaratmaqdır".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları