Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 12:42:00
Ceyhun Bayramov - "Hədəfimiz  hər iki tələbədən birinin dövlət hesabına oxumasıdır" 

 “Ali təhsilin əlçatanlığının təmin edilməsi  istiqamətində ölkə başçısının sərəncamı ilə bir sıra işlər görülüb. Ödənişsiz təhsil alan tələbələrin sayı 66 faiz artıb”.

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov  Təhsil Nazirliyinin 2019-cu ilin yekunları, 2020-ci ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.

Nazir ötən ilin prioritet istiqamətlərindən söz açarkən bildirib ki, təqaüd alan tələbələrin sayı 12309-dan 20500-cən artıb:

“Hədəf hər iki tələbədən birinin dövlət hesabına oxumasına nail olmaqdır. Bu hədəfə kifayət qədər yaxınıq. Təqaüd artımı 110 000 tələbəni əhatə edib. Martda əlavə 16000 tələbə təqaüd almağa nail olub. Məqsədimizə uyğun olaraq təhsil alan tələbələrin ən azı 50 faizi təqaüd almalıdır".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları