Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 11:57:00
Sertifikatlaşdırmadan keçməyən müəllimlərin aqibəti necə olacaq?-Nazir açıqladı                

"Sertifikasiya təhsil sahəsində olduqca vacibdir.  Müəllimlərin  öz üzərində  işləyərək bacarıqlarını inkişaf etdirmək üçün stimul olacaq".

AzEdu.az xəbər verir ki, bu sözlər Təhsil naziri Ceyhun Bayramov illin yekunları ilə bağlı hesabatda deyib.  O, sertifikasiya qaydalarından danışıb.

 “Qaydalara əsasən,  sertifikasiya 5 ildən bir keçiriləcək. Növbəti aylarda qaydalar təsdiq ediləcək. Sertifikasiyadan  bütün sistemdəki müəllimlərin  mərhələlərlə keçməsi  nəzərdə tutulur.  Məqsəd müəllimin inkişafını təmin edib onu stimullaşdırmaqdır. Nəticədə göstəriciləri  çatmayan, zəif olan  müəllimlər üçün əlavə imkanlar yaradılacaq təlimlər təşkil olunacaq”.

Qeyd edək ki, sertifikasiyada müəllimlər ixtisas və metodikadan imtahan verəcəklər.

                                                                                                                                                                               

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları