Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 11:41:00
"Təmayülləşmə  işlərimizi bu il də davam etdirəcəyik"- Nazir açıqladı

 “Ötən il təmayülləşməyə cəlb edilən şagirdlərin  sayı 47000-ə çatıb”.

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov  Təhsil Nazirliyinin 2019-cu ilin yekunları, 2020-ci ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.

Nazir bildirib ki, təmayülləşmə  işlərimizi bu il də davam etdirəcəyik:

“Təmayülləşməyə cəlb edilən şagirdlərin nəticələri qeyri təmayüllü siniflərlə müqayisədə müsbət mənada fərqlənirlər. Daha müsbət nəticələr üçün təmayülləşmə  işlərimizi bu il də davam etdirəcəyik”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları