Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-18 16:16:45
Bakı məktəbliləri arasında keçirilən müsabiqənin qaliblərin adları açıqlandı

Paytaxt məktəblərinin şagirdləri arasında keçirilən “Müstəqilliyimiz əbədidir” adlı inşa yazı müsabiqəsinin qalibləri bəlli olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, IX, X və XI sinif şagirdləri arasında təşkil olunan müsabiqədə ümumilikdə 264 məktəbli iştirak edib. Nəticələrə əsasən, 9 nəfər I, II və III, 5 nəfər isə həvəsləndirici yerlərə sahib olub.

Belə ki, 111 nömrəli tam orta məktəbin şagirdi Fidan Sultanova, 187 nömrəli tam orta məktəbin şagirdi Bikəxanım Cəbrayılova, 261 nömrəli məktəb-liseyin şagirdi İpək Məmmədli I, 87 nömrəli tam orta məktəbin şagirdi Ayşən Məmmədova, 296 nömrəli tam orta məktəbin şagirdi Xəyalə İbrahimova, 158 nömrəli tam orta məktəbin şagirdi Günay Novruzova II, 96 nömrəli tam orta məktəbin şagirdi Fidan Əfəndiyeva263 nömrəli tam orta məktəbin şagirdi Aytac Şahbazova və 61 nömrəli tam orta məktəbin şagirdi Nərmin Əhmədli isə III yerə layiq görülüb.