XƏBƏRLƏR

18.05.2018 14:40
Dərslərə “yox” deyən, şagirdləri bəşəri fəlakətlər üçün hazırlayan məktəb - FOTO  

Yeni Zellandiyanın Deep Green Buş məktəbində ev tapşırığı anlayışı, kompüterlər yoxdur.

Bunların əvəzinə şagirdlər təbiətlə təmasda olmağa çalışır və öz təhsil cədvəllərini buna əsasən təşkil edirlər. 

Məktəbin şagirdləri günlərinin böyük hissəsini çöldə, kəndləri kəşf edərək, balıq tutmağı və ovlamağı öyrənərək keçirirlər. Hərəkətlərinin  həyata və ya  digər insanlara necə təsir etdiyini anlamağa çalışırlar.

Tədris planındakı ən mühüm dərslər bunlardı; Kitab oxumaq, ağac əkmək,  ekstremal hallarda həyatda qalmağı öyrənmək və öz fikirlərini sakit şəraitdə bir-birinə ötürməkdir. Oxuma, yazma, riyaziyyat kimi ənənəvi məktəb dərsləri isə şagirdlərin bu məsələlərə diqqət göstərmək istədikləri vaxtlarda keçirilir.

Dərslərdəki mövzu və proqramlara  müəllimlər deyil, uşaqlar qərar verirlər.  Məktəbdə Şura fəaliyyət göstərir.  Burada məktəblilər aktual məsələləri müzakirə edib, həyat təcrübələrini  inkişaf etdirirlər.

Məktəbin qurucusu və direktoru  Coy Monkarz  deyir ki, məktəblər uşaqları gələcəkdə olacaq iqlim dəyişikliyi kimi qlobal problemlərə hazırlamırlar.  O, daha əvvəl müəllimlik etdiyi məktəbdən  arakəsmələri olmayan sinifləri və imtahansız dərsləri olan bu radikal məktəbi qurmaq üçün istefa edib. Moncarz bu yeni təhsil modelinin işə yaradığını və məktəbdəki şagirdlərin həyatda uğurlu olacağına inamının sonsuz olduğunu da əlavə edib:

"12 il ərzində riyaziyyat, İngilis dili kimi dərsləri oxumağa ehtiyacımız olduğu  əfsanədir.Uşaqların ancaq zövq aldıqları və dəyər verdikləri məsələlərlə məşğul olaraq uğurlu olacaqlarını düşünürəm”.

 Uşaqları bir sinfə bağlayıb dərsləri öyrətməyin və öyrənməyə məcbur etmənin bir çox problemə yol açdığı təcrübədən keçib. Müdirin sözlərinə görə, ümumiyyətlə "problemli uşaq" kimi səciyyələndirilən şagirdlər Deep Green  Buş-da  yoxdur. Bir valideynin açıqlamasına görə, 6 yaşındakı qızı burda dərsə başlayandan daha az stress keçirir və məktəbə getməyə həvəsi artıb.Onun sözlərinə görə,   hər gün müstəqil bir fərd kimi xüsusiyyətlərini möhkəmləndirərək özünə inamını artırır.

Green Deep Buş nazirlik  tərəfindən  nəzarətdə olmaqla yanaşı, ölkə miqyasında müstəqil bir məktəb kimi qəbul edilir. Bu sahədə Yeni Zelandiyanın standart təhsil planına əməl etmək məcburiyyətində qalmırlar. Amma növbəti tədris ilində də fəaliyyət göstərməsi üçün lazımi yoxlamalar aparılmalıdır.

Hazırda çoxumuz təbii həyat ilə əlaqəmizin qopduğunu hiss edib buna qayıtmağa çalışırıq. Otaqo Universitetinin müəllimi, professor Devid Berq Green Deep Buş kimi alternativ təhsil müəssisələrinin sayının da buna görə dünya miqyasında artdığını vurğulayır. Xüsusilə Skandinaviya ölkələrində bu say olduqca çoxdur.  Yenə də mütəxəssislər, pedaqoqların uşaqların müasir dünyada iş tapa bilmələri üçün qabiliyyətlərini də möhkəmləndirmələri məsələsində diqqətli olmalıdır.

İlin gənc müəllimi-Müraciət formu