Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-23 09:13:00
Gəncədə məktəbli qız itkin düşüb

Gəncədə 10-cu sinif şagirdi itkin düşüb.

AzEdu.az-ın xəbərinə görə, hadisə yanvarın 21-də şəhərin Ü.Hacıbəyov küçəsi, bina 119B, mənzil 7 ünvanında qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü, Gəncə şəhəri 39 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Gülçin Məmmədova əmisigilə getmək adı ilə evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Məktəblinin yaxınları Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət ediblər.

Faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır. (report)