Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-22 16:52:00
Məntiqin imtahan proqramından çıxarılmasının MİQ müsabiqəsinə təsiri- FAYDALAR

 

Xəbər verdiyimiz kimi, ötən həftə Məntiq  müəllimlərin işə qəbul müsabiqəsindən  imtahan proqramından çıxarıldı.

Lakin bu xəbər sosial şəbəkələrdə birmənalı qarşılanmadı. MİQ müsabiqəsinə hazırlaşan namizədlərin bəziləri bu xəbəri sevinclə, bəziləri isə üzüntü ilə qarşıladılar.

Bəs məntiqin çıxarılmasının müsbət tərəfləri nədir?

AzEdu.az xəbər verir ki, məntiqin çıxarılması daha çox humanitar fənlər üzrə təhsil alan müəllim kadrlar üçün sevindirici olub.

Adətən, ali məktəblərə qəbul proqramında buraxılış səviyyəsində riyaziyyat imtahanı verdiklərinə və 4 illik bakalavr müddətində isə bir semestr olsa belə, bu fənni keçməyən müəllimlərin riyazi məntiqə aid tapşırıqları yerinə yetirməsi çətinlik yaradırdı. Bundan əlavə, indiyə qədər keçirilən MİQ imtahanlarında  müəllimlərin əksəriyyəti humanitar məntiqdən deyil, məhz riyazi məntiqdən sualların salınmasından şikayət edir və bunun aşağı bal toplamaqlarına səbəb olduğunu vurğulayırdılar.  Yəni təbiət və humanitar elmlərdən asılı olmayaraq, məntiq suallarının çətinlik səviyyəsi eyni olub.

Əksinə olaraq, dəqiq və təbiət elmləri üzrə ixtisaslı müəllimlər isə MİQ imtahahına salınan məntiqə dair tapşırıqları çox rahatlıqla həll edir, bunu “ 10 bal bonus ” kimi  dəyərləndirirdilər. Onlar isə adətən, yaddaşa əsaslanan biliklərə dair tapşırıqları cavablamaqda çətinlik çəkirlər.

Həmçinin məntiqin çıxarılması  imtahana hazırlaşmaq məqsədilə kursa gedən namizədlər üçün faydalıdır. Kurs rəhbərləri guya müəllimlərə endirim olaraq “3 fənn paketi-məntiq, ixtisas, kurikulum” 150 manatdan başlayan qiymətlərlə təklif edirdilər. Bir növ bu qərar müəllimlərə maddi tərəfdən də köməklik edir.

Sonda onu da qeyd edək ki, təhsil ekspertlərinin rəyinə əsasan, bu qərar MİQ müsabiqəsində iştirak edən namizədlərin sayına da müsbət təsir edəcək.