Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-22 09:10:00
Universitetdə yanğın olmayıb - FHN 

Azərbaycan Neft və Sənaye Universitetində yanğın hadisəsi baş verməyib.

AzEdu.az  xəbər verir  ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, hadisə barədə Fövqəladə Hallar Nazirliyinə yanlış məlumat daxil olub: "Hadisə barədə bizə məlumat daxil olub, əraziyə yanğından mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Məlum olub ki, ərazidə heç bir yanğın hadisəsi baş verməyib".