Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-20 16:09:00
Almaniyadakı tələbəmizdən çox vacib  tövsiyələr – Xaricdə təhsil üçün

 

“Almaniyanın nüfuzlu universitetlərində təqaüdlə təhsil almağı hədəfləyənlər deyəcəyim prosesləri mütləq icra  etsinlər”

 Bu sözlər Almaniyada təqaüdlə təhsil alan Əli Behbudova məxsusdur.

O, Almaniyanın Rostok Universitetində kompüter elmləri ixtisası üzrə bakalavr səviyyəsində təhsil alır.

O, AzEdu.az-a açıqlamasına Almaniyada təhsilin bəzi özəllikləri və üstünlüklərindən danışıb:

“Almaniyada təhsil ödənişsizdir. Alman dili bilənlər üçün universitet seçimi daha asandır.

Azərbaycan universitetlərində bakalavr səviyyəsindət təhsil alan II və ya III kurs tələbələri alman dilini A2 səviyyəsində bilirlərsə DAAD-HSK təqaüdü sayəsində 1 aylıq almanca kurs keçə bilərlər.  

Alman dili səviyyələr üzrə A1-dən başlayaraq C2-ə qədər davam edir. Bu ölkənin universitetlərində almanca təhsil almaq üçün əsasən TestDAF, “Goethe”, Telc sertifikatı tələb olunur.

 “Goethe” və Telc imtahanına dəyərləndirmə A1-C2 səviyyəsi üzrə olur. Almaniya universitetlərində oxumaq üçün adətən dil biliyi C1 səviyyəsi tələb olunur. TestDaF-da isə dəyərləndirmə TDN balları üzrə aparılır.  Almaniya universitetlərində almanca oxumaq üçün ən azı hər bölmədən TDN 4 balı tələb olunur. Amma bəzi universitetlər var ki,  B2 və yaxud TDN 3 ilə tələbə qəbul edirlər”.

Əli Behbudov TestDaf sertifikatı ilə qəbul olduğu Almaniya universitetlərindən də söz açıb:

 

“TestDaF  sertifikatı ilə qəbul aldığım Almaniya universitetləri bunlardır: “Universiat Rostock”, “ Universitat Bremen”, “Hochscule Südwestfalen”  

Onu da bildirim ki, digər Almaniya universitetlər var ki, B2 səviyyəsi ilə tələbə qəbul edirlər. Bunu dəqiq bilmək üçün sadəcə hər bir universitetin tələblərinə diqqət etmək lazımdır.

 

 Sırf  sertifikat əldə etmək üçün gənclərə  tövsiyə edirəm ki,  alman dilini ən pis halda B2 səviyyəsini bilsinlər. Daha sonra isə xüsusi sertifikat hazırlığına başlasınlar”.

Əli Behbudov alman dilini asanlıqla öyrənmək istəyənlərə tövsiyələrini də bildirib:

“Alman dilini öyrənmək üçün isə məsləhət görəcəyim kitab “Begegnungen” dir. Ancaq gənclərə başlanğıc üçün çətin gələrsə “Schritte” kitabı ilə də başlayıb,  daha sonra “Begegnungen” ilə davam etsinlər. “Schritte” kitabında alman dilini öyrənmək istəyənlər üçün mövzular daha asan formada yazılıb. Bundan başqa hər 2 kitabın daxilində “listening “üçün də tapşırıqları olur.

Alman dilini öyrənmək istəyənlərə aşağıdakı “Youtube” kanallarını məsləhət edirəm:

  1. “Easy German”;
  2. “Deutsch lernen mit der DW”;
  3. “Learn german with Jenny”.

Almancadan türk və ingilis dilinə tərcümə etmək beluka.de və linguee saytlarından istifadə edirəm.

Alman dilini öyrənərkən ən çətin hissələrdən biri də artikllar(der, die, das) hesab olunur. Bu bölmədə kömək üçün “der”, “die”, “das” adlanan “Mobil App” yükləyə bilərsiniz. Gənclərə məsləhət görərdim ki, alman dilində olan sözləri artikl ilə birlikdə öyrənsinlər.

Alman dilini öyrənmək istəyənlərə tövsiyə edirəm ki, söz bazanınızı artırın və sözləri almanca seriallara, filmlərə baxaraq yadda saxlamağa çalışın”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları