XƏBƏRLƏR

19.01.2020 13:14
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 20 Yanvar şəhidlərinə həsr edilən sərgi 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində “20 Yanvar - müstəqilliyə gedən yol” adlı kitab sərgisi təşkil olunub.

ADNSU-dan  AzEdu.az-a bildiriblər ki, sərgidə 20 Yanvar hadisələrindən, xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi yolunda canlarından keçmiş, şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının qəhrəmanlığından bəhs edən müxtəlif adda kitablar, jurnallar, qəzetlər yer alıb.