Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-18 13:24:00
İmtahanlara qeydiyyat başlayıb-DİM

Dövlət İmtahan Mərkəzi sınaq imtahanlarına qeydiyyata start verib.

AzEdu.az xəbər verir ki,   buraxılış və qəbul proqramı üzrə sınaq  imtahları onlayn şəkildə keçiriləcək.

İmtahanlar  həm Azərbaycan, həm də  rus bölməsinin şagirdləri üçün nəzərdə tutulur.  Belə ki, IX sinif şagirdləri buraxılış, XI sinif şagirdləri isə ali məktəblərə qəbulun I, eləcə də II mərhələ -fənn blokları üzrə imtahanda iştirak edə bilərlər.

Qeyd edək ki, imtahanda iştirak etmək istəyən şagirdlər keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər.