Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-17 17:01:00
Gənclər magistratura təhsili almaq üçün ən çox bu ölkələri seçir

Hər il kifayət qədər gənc magistratura səviyyəsi üzrə xaricdə təhsil almağı hədəfləyir.

AzEdu.az bu dəfə xarici KİV-ə istinadən magistr səviyyəsi üzrə təhsil almaq üçün tələbələrin ən çox seçdiyi 5 ölkə və qəbul şərtlərini təqdim edir:

Magistr səviyyəsin üzrə tələbələrin ən çox təhsil almaq istədiyi ölkə İngiltərədir. Bu ölkənin universitetlərində 1 il ərzində magistr səviyyəsində təhsil almaq mümkündür.

İngiltərədə magistr proqramları üçün ödənişlər 9000 ilə 15.000 funt arasında dəyişir. Bu ölkənin universitetlərində təhsil almaq üçün  IELTS balı 6.5 və ya TOEFL 213-dən yuxarı olmalıdır. 

ABŞ və İngiltərəylə müqayisədə  Avstraliyada təhsil xərcləri aşağıdır. Bu ölkənin universitetlərində tələbələrə təhsil aldığı müddətdə iş izni verilir.

Avstraliyada bir gəncin illik xərci 9-10 min dollar arasındadır. Bu ölkənin universitetlərində əsasən elm və texnologiya sahələri üzrə bir çox magistr proqramları var.   Avstraliyada magistr səviyyəsi üzrə təhsilin müddəti 2 ildir. Bu ölkədə magistr səviyyəsində təhsil almaq üçün IELTS balı 6.0 tələb olunur.

Kanada magistr səviyyəsi üzrə tələbələrin ən çox seçdiyi ölkələrdən biridir. Bu ölkə cinayat hadisələrinin az olmasıyla əcnəbi tələbələri cəlb edir. Kanadanın rəsmi dili həm ingilis həm də fransızdır. Elə buna görə də Kanada əcnəbi tələbələri cəlb edir. Bu ölkənin nüfuzlu universitetlərində təhsil almaq üçün TOEFL-dən ən azı 213 bal toplamaq tələb olunur.

ABŞ-da təhsil alan əcnəbi tələbələrin sayı hər il artır. Bu ölkədə illik təhsil haqqı  10000-50000 dollar arasında dəyişir.

Avropa ölkələri ilə müqayisədə Yeni Zelandiyada yaşayış xərcləri aşağıdır. Bu ölkədə tələbələrin illik xərcləri 9000-10000 arasında dəyişir.  Yeni Zelandiyada magistr səviyyəsində təhsil almaq üçün IELTS 6.0 və TOEFL balı 550 olmalıdır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları