Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-17 15:09:00
Azərbaycan universitetinin məzunu məşhur Afrika prezidenti-Maraqlı

Dünya siyasətində bir sıra tanınmış şəxslər var ki, onlar Azərbaycan universitetlərindən məzun olublar. Bu siyasətçilərdən biri də “qara qitə”nin neftlə zəngin ölkəsi - Anqolanın ikinci prezidenti Xose Eduardo dos Santosdur.

AzEdu.az Bakıda təhsil almış  məşhur prezident haqqında yazını təqdim edir:

Düz 38 il – bir igidin ömrü qədər hakimiyyətdə olmuş  Xose Eduardo dos Santos  fəhlə-inşaatçı ailəsində anadan olub.

1954-cü il ildə, hələ məktəb vaxtlarında n siyasətə qədəm qoyan Xose Eduardo iqtidar MPLA partiyasına üzv olub.

1961-ci ildə müstəmləkə hökumətinin həyata keçirdiyi repressiyalar nəticəsində dos Santos Fransaya sürgün olunub. Sürgün həyatından sonra Konqoya köçən sabiq prezident burada MPLA partiyası ilə əməkdaşlıq etməyə başlayıb. Dos Santos tezliklə prezident müavini vəzifəsini icrasına təyin olunur.

Uğurlu siyasi addımlar atan Eduardo təhsilini davam etdirmək üçün SSRİ-yə yollanır. Elə tanınmış siyasətçinin Azərbaycanla bağlı hekayəsi də buradan başlayır. Bakıya gələn Xose Eduardo Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  təhsil almağa başlayır. O, burada təhsilini mühəndislik ixtisası üzrə davam etdirir.

1970-ci ildə dos Santos  Bakıdakı təhsilini tamamlayaraq Anqolaya geri qayıdır. 1979-cu prezident seçkilərində qalib gəlir və ikinci Anqola prezidenti kimi tarixə düşür.

Xose Eduardo dos Santos 1979-2017-ci illərdə - 38 il öz vəzifəsini icra edib.

Sabiq prezident 3 dəfə evlənib və 1 övladı var. Qızı İzabel dos Santos Bakıda doğulub. Və  Afrikanın ən varlı qadını hesab olunur.