Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-17 11:15:00
NATO-da İNANILMAZ HADİSƏ - Polkovnik saxta diplomla Baş Qərargaha sızdı

İsveç ordusunda 20 il xidmət edən saxta diplomlu zabitin, 2013-cü ildə NATO-nun baş qərargahında müxtəlif vəzifələr icra etdiyi üzə çıxıb.

AzEdu.az xəbər verir ki, polkovnik rütbəsinə qədər yüksələn hərbçi, 2019-ci ilə kimi müxtəlif beynəlxalq tapşırıqları yerinə yetirmək üçün ezam olunub. Məlum olub ki, zabit saxta yollarla diplom əldə edərək, Baş Qərargahda etimad qazanıb.

Onun təcrübəsiz olduğu Sahil Mühafizə Birliyində xidmət edərkən üzə çıxıb. Maraqlıdır ki, İsveçin Sahil Mühafizə Xidməti zabitin təcrübəsiz olduğu barədə məruzə etsə də, Baş Qərargah ona etimad göstərib.

Hadisə barədə araşdırmalar davam edir. (publika.az)